Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən ilin sonuna aktiv və öhdəliklərinin qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Property" MMC-dir.

Qalib şirkətə 93,6 min manat ödəniləcək.