Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün baytarlıq dərman preparatlarının və dezinfeksiyaedici maddələrin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

İqtisadiyyat.Az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-E.Əliyev, telefon-012-569-95-10).

İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 20 aprel 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 

Kotirovka təklifləri Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda 21 aprel 2020-ci il saat 16.00-da açılacaqdır. 

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər