İlk nüsxələr artıq avtosalonlara göndərilir.

İqtisadiyyat.az xəbər verir ki, Menlo yolsuzluq avtomobilinin rəsmi premyerası keçən ay Quançjou şəhərində keçirilib. Dizaynerlər nümayiş etdirilən FNR-X konseptinin dizaynını maksimal dərəcədə saxlamağa çalışıblar.

Avtomobil kifayət qədər müasir dizayn, eləcə də plastik əlavələr alıb. Krossoverə daha aqressiv dizayn verən təkər tağları son dərəcə qeyri-adidir. Salonda 9 düym genişləndirilmiş ekran, virtual alət paneli tətbiq edilib. Kapotun  altında 150 at gücündə elektrik mühərriki quraşdırılıb. TED