"Land Cruiser"in 1 avqust 1951-ci ildə bazara çıxarılmasından bu yana ümumi satış həcmi 10 milyonu ötüb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bununla da sözügedən SUV model "Toyota" tarixində ən çox satılan avtomobil modeli olub.

Qeyd edək ki, "Land Cruiser"in dünya bazarına ixrac həcmi 100 ədəddən başlayıb və "Toyota" tərəfindən tədricən artırılıb.