“Azergold” QSC-nin ixrac gəlirləri azalmaqda davam edir. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, QSC bu ilin yanvar-fevral aylarında 4,3 milyon ABŞ dolları (7,31 milyon AZN) həcmində məhsul ixrac edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% və ya 1,8 milyon dollar azdır. 2022-ci ilin eyni dövrünə nisbətən isə dövlət şirkətinin ixrac gəlirləri 2 dəfəyə yaxın və ya 4,2 milyon dollar azalıb. 

Statistikaya əsasən, “Azergold”un ixrac gəlirlərində ümumi azalma tendensiyası müşahidə edilir. Belə ki, 2023-cü ilin eyni dövründə 6,1 milyon dollar, 2022-ci ilin eyni dövründə isə mədən şirkəti 8,5 milyon dollar həcmində məhsul ixrac edib. 

Qeyd edək ki, “AzerGold” ixracının həcminə görə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında 5-ci olub.