Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.

İqtisadiyyat.az-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

***

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.