Bu il aprelin 1-nə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin bu ilin I rübü üzrə biznesə dair yaydığı hesabatında qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 70 nəfər və ya 3,03 % çoxdur.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.