"Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də saat 15:00-da Bankın Baş İdarəsində keçirilməsi nəzərdə tutulub. 

İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Bank iclasın gündəliyini ictimaiyyətə açıqlamayıb.

Qeyd edək ki, "Bank of Baku" Mərkəzi Bankın rəsmi məlumatlarına əsasən ən çox şikayət edilən banklardan birincisidir.