ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.

Blinken Kiyevə qatarla gedib.

Bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksək rütbəli amerikalı məmurun ilk səfəridir.