"Avro-Asiya İnşaat Korporasiyası - Evrascon" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.

Gündəliyə çıxarılan məsələlər:

1. Cəmiyyətin 2023-cü il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;

2. Cəmiyyətin 2023-cü ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;

3. 2023-cü il üzrə dividendlərin hesablanması və ödənilməsi. 

Xatırladaq ki, "EVRASCON" ASC 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti 1968-ci ildə Bakıda SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaradılmış və 2001-ci ildə adını "Azərkörpü" ASC-yə dəyişmiş "Körpütikintidəstəsi-100" müəssisəsinin hüquqi varisidir. Onun nizamnamə kapitalı 377 290 manatdır.