Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

İqtisadiyyat.Az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.