Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

İqtisadiyyat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.