Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən növbəti tenderin qalibi  REAL TV (“Real Təhlil İnformasiya Mərkəzi” MMC) olub.
İqtisadiyyat.az
 xəbər verir ki, BNA “Xidmət sahələri ilə əlaqəli məlumatların geniş auditoriyaya çatdırılması, reportajların (sujetlərin) hazırlanması işləri” ilə əlaqədər  REAL TV ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 70 min 800 manatdır.
Məlumat üçün bildirək ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 22.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəromanov rayonu, Əhməd Rəcəbli 12, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Ağayevdir.
Onu da bildirək ki, daha əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən yuxarıda adı qeyd olunan LOT (“Xidmət sahələri ilə əlaqəli məlumatların geniş auditoriyaya çatdırılması, reportajların (sujetlərin) hazırlanması işləri”) üzrə tender keçirilməyib.