Məşhur avtomobil şirkəti "BMW" 2019-cu il üzrə satış rəqəmlərini açıqlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya mərkəzli avtomobil şirkətinin satışları iyul ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,7% artıb. Sözügedən tarixə "BMW"nin satışları 23 min 15 ədəd olub. İllik müqayisədə "BMW 3" seriyasının satışları 6,5%, "BMW X3" 32,8% və "BMW X5" 43,3% artıb.

"BMW" X seriyası ilə yüksəlişini "BMW X7" modelini tanıdaraq davam etdirməyi planlaşdırmışdı. Olduqca yüksək qiymətlə təklif olunmasına baxmayaraq bəyənilən model yalnız ABŞ bazarında ilk 5 ayda 10 min ədəd satılıb.