Almaniyanın “BMW” şirkəti Rusiya bazarlarından 34 ədəd “X3” və “X4” modelini geri çağırır.

İqtisadiyyat.az-ın məlumatına görə, bu 2019-cu ilin oktyabr ayında buraxılmış avtomobillərə şamil edilir. Bildirilir ki, buna səbəb istehsalı zamanı asqılarda elementlərin düzgün bərkidilməməsidir. Çağırışa düşən “BMW X3” və “BMW X4” model sahiblərinə məsləhət görülür ki, ən yaxın servis mərkəzlərinə yaxınlaşaraq sözügedən nasazlığı pulsuz aradan qaldıra bilərlər.