“Xəstəxanalarda 1500-1600 nəfər koronavirus xəstəsi var. Xəstələrin sayı artarsa, sərləşdirilmiş karantin rejiminə gedilə bilər”.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, səhiyyə sistemi pandemiya ilə mübarizəyə tam hazırdır:

“Xəstəxanalarda çarpayı ehtiyatı mövcuddur. Reanimasiya şöbələrində yoluxma sayına uyğun olaraq mübarizə aparılır. Vətəndaşları narahat edən məsələ yenidən sərtləşdirmənin olub-olmamasıdır. Burada önəmli faktor mövcud vəziyyətdir. Vəziyyətə uyğun olaraq, yoluxma sayı artarsa, sərtləşdirilməyə gedilə bilər. Bu bizim hər birimizdən asılıdır.

Karantin rejimində əlavə məhdudiyyətlərə gedilməməsi üçün qarşıdan gələn bayram günlərində vətəndaşları karantin qaydalarına riayət etməyə çağırırıq”.

O bildirib ki, bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq:

“Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.