Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı gözlənilir. Forumun təşkilində məqsəd Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparmaqdır. Həmçinin məqsəd dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivləri, həyata keçirilən islahatlar və onların nəticələri, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.

AZƏRTAC