“Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü Ziya Talıbov vəzifəsini tərk edib.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, onun yerinə hələ ki, heç kim seçilməyib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.