"Azərişiq" ASC Bakının Binəqədi rayonundakı 220/110 kV-luq "Böyükşor" yarımstansiyasından Nərimanov rayonundakı 110/35/6 kV-luq 203 saylı yarımstansiyaya 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İTES Company" QSC-dir.

Qalib şirkətə 5,686 milyon manat ödəniləcək.