İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Mövsümi qrip peyvəndlərinin satın alınması” və “Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin alınması” məqsədilə keçirdiyi tenderləri yekunlaşdırıb.

Qalib şirkət “Azəri Med” Qapalı Səhmdar Cəmiyyətidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qalib şirkət ilə məbləğləri müvafiq olaraq 993 min 324 manat və 1 milyon 356 min 584 manat olan 2 milyon 349 min 908 manatlıq müqavilələr imzalayıb.