Bu ilin yanvar-iyul aylarında diri çəkidə 331,2 min ton ət, 1312 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunub.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalıb.