Naxçıvanda Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisi aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, bu, Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədi daşıyır.