Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 208 sertifikat verib.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.

Cari ilin 7 ayı ərzində verilmiş mənşə sertifikatlarının 146-i "CT-1" formalı, 62-si "Ümumi" formalı olub.