ABŞ-nin ən böyük pərakəndə şirkəti olan "Walmart" 2025-ci maliyyə ilinin ikinci rübündə xalis mənfəətini 43% azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, may-iyul aylarında xalis mənfəət 4,501 milyard dollar və ya hər bir səhm üçün 56 sent olub. Halbuki, ötən ilin eyni dövrdə bu göstərici 7,891 milyard dollar və ya hər bir səhm üçün 97 sent təşkil edib.

Hesabat dövründə şirkətin gəliri 4,8% artaraq 169,335 milyard dollara çatıb

Ötən rüb ərzində "Walmart" 33,4 milyon səhmini cəmi 2,1 milyard dollara geri alıb.

 

Gözəl Həşimova