2024-cü ilin birinci yarısında Çin çayının ixracı 2,2% artaraq 196,4 min ton təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Beynəlxalq Kənd Təsərrüfatı Əməkdaşlığının Təşviqi Assosiasiyasının Çay Sənayesi Komitəsi məlumat yayıb.

Məlumata görə, Çinə çay idxalı 41,5% artaraq 24,4 min tona çatıb. Dəyər baxımından isə bu, 10,1% artaraq 72 milyon dollara çatıb.

Bildirilib ki, “Bir Kəmər və Yol” təşəbbüsündə iştirak edən ölkələr yanvar-iyun aylarında əsas çay ticarəti tərəfdaşları olub. Bu dövr ərzində onların Çinlə ticarət dövriyyəsi təxminən 168,4 min ton təşkil edib. İlin birinci yarısında “Kəmər və Yol” tərəfdaş ölkələri ilə ticarətdə ən böyük ixrac məhsulu yaşıl çay olub və bu, ümumi tədarükün 92,35%-ni təşkil edib.

Qeyd edək ki, Çin dünyanın ən böyük çay istehsalçısı və ixracatçısıdır.

 

Sadiq Cavadov