Azərbaycan bu ilin birinci yarısında 113,8 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 46,6% çoxdur.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 1,02%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 89,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova