"Mədən sənayesininin şəffaflığının təminatı üçün addımlar atmağı nəzərdə tuturuq".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın mədən sənayesinin qlobal sənayenin bir hissəsinə çevrilməsidir.

S. Qurbanov qeyd edib ki, bu sahədə şəffaflığın təmin edilməsi üçün qanunvericilik bazası yaradılır: "Həmçinin, mədən sənayesində fəaliyyət göstərən sahibkarların cərimələrinin amnistisyasını nəzərdə tuturuq. Bunun üçün də müvafiq qanunvericilik layihəsi hazırlanır".