"Aztelekom" MMC  6 ədəd "UAZ-390945-520" markalı avtomobilin satın alınması məqsədilə 172 min 752 manat xərcləyəcək.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Aztelekom" MMC  UAZ markalı avtomobilləri "Sun Cars" MMC adlı şirkətdən satın alacaq.
Rəqəmlərdən də göründüyü kimi "Aztelekom" MMC 1 ədəd UAZ avtomobili üçün "Sun Cars" MMC-yə 28 min 792 manat və ya mövcud məzənnə ilə hesablandığı zaman 1 ədəd UAZ avtomobili üçün ödəniləcək məbləğ 17 min dollara bərabər olacaq.
Avtomobilin texniki göstəricilərində qeyd olunur ki,  "UAZ-390945-520" markalı avtomobillərdə maksimal sürət 105 km.saat, yanacaq sərfiyyatı (benzin) isə hər 100 km-ə 16 litr təşkil edir.