Azərbaycanda bəzi avtomobillərdə 90 FM tezliyi tutmur. 

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə İctimai TV-də yayımlanan "3D" verilişinin qonağı olan İctimai Radionun direktoru Məmmədəli Məmmədov danışıb. 

"Sizin barəsində danışdığınız Amerika bazarı üçün istehsal edilmiş avtomobillərdir. Bu avtomobillərdə cüt tezliklər başqa təyinatlar üçündür. Ona görə avtomobillərdə yalnız 90.1 FM, 90.3 FM və s. dinləmək mümkündür. Bu radioqəbuledicilərin olduğu avtomobillərin sayı Azərbaycanda 3-6 faiz arası dəyişir. Belə avtomobillərin sayı az olduğundan ciddi narahatlıq yaşamırıq.

Arzu edirik ki, bu məsələ tezliklə aradan qaldırılsın. Bu məqsədlə bizim yayımız üçün 94.5 FM tezliyi ayrılıb. Vaxt tələb edir ki, bu tezliyin istismarının bizim üçün nə qədər səmərəli olduğunu anlayaq",-deyə Məmmədəli Məmmədov bildirib. 

Azərbaycanda bəzi avtomobillərdə 90 FM tezliyi tutmur. BAKU.WS xəbər verir ki, bu barədə İctimai TV-də yayımlanan "3D" verilişinin qonağı olan İctimai Radionun direktoru Məmmədəli Məmmədov danışıb. "Sizin barəsində danışdığınız Amerika bazarı üçün istehsal edilmiş avtomobillərdir. Bu avtomobillərdə cüt tezliklər başqa təyinatlar üçündür. Ona görə avtomobillərdə yalnız 90.1 FM, 90.3 FM və s. dinləmək mümkündür. Bu radioqəbuledicilərin olduğu avtomobillərin sayı Azərbaycanda 3-6 faiz arası dəyişir. Belə avtomobillərin sayı az olduğundan ciddi narahatlıq yaşamırıq. Arzu edirik ki, bu məsələ tezliklə aradan qaldırılsın. Bu məqsədlə bizim yayımız üçün 94.5 FM tezliyi ayrılıb. Vaxt tələb edir ki, bu tezliyin istismarının bizim üçün nə qədər səmərəli olduğunu anlayaq",-deyə Məmmədəli Məmmədov bildirib.