Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Şahmat Federasiyası və Sumqayıt Futbol Klubunun birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana maraqlarının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, məktəblilərlə görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışıb. Federasiya tərəfindən müəllimlərin təkminləşdirmə kurslarının təşkil ediləcəyini deyən Mahir Məmmədov hər bir məktəblini internet üzərindən Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil ediləcək şahmat dərslərinə də dəvət edib. 

İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan Sumqayıt FK-nın prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb. 

Sonda məktəblilərə şahmat üçün lazım olann lövhələr, kitablar, futbol formaları və toplar hədiyyə edilib.