Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

"Sabah" Qəbələdə "Kəpəz"in qonağı olacaq. "Araz-Naxçıvan" isə "Səbail"lə üz-üə gələcək.

Azərbaycan Premyer Liqası

31-ci tur

21 aprel

16:30 Kəpəz - Sabah

Baş hakim: Rauf Cabarov

Qəbələ şəhər stadionu

19:00 Araz-Naxçıvan - Səbail

Baş hakim: Tural Qurbanov

"Liv Bona Dea" arena