Türkiyənin Qırıqqala vilayətində avtomobilinə 5 litrlik spirtli içki balonu yerləşdirməklə sərxoş halda avtomobil idarə edən sürücü 2049-cu ilə qədər sürücülük vəsiqəsindən məhrum edilib.

İqtisadiyyat.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, avtomobilin yol hərəkət iştirakçılarını təhlükəyə atdığını görən yol polisləri, onu bölgə nəqliyyat stansiyasında saxlayıb. Yol polisləri yoxlama zamanı sürücünün 3.44 promil alkoqollu olduğunu təsbit ediblər.

Araşdırma zamanı maşındakı quraşdırma polisləri şoka salıb. Belə ki, sürücünün 5 litrlik təmizlik qabına rakı doldurub, özünün hazırladığı üsulla içdiyi məlum olub. 9 dəfə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsindən 2049-cu ilə qədər məhrum edilib və avtomobil cərimə meydanşasına aparılıb.