Avropada hərracların əvvəlində təbii qazın qiyməti 1 faiz azalaraq 1500 dollar həddindən aşağı düşüb.

Londonun “İCE Futures” birjasında keçirilən hərracda Bakı vaxtı ilə saat 11-ə olan vəziyyətə görə, TTF onlayn qaz satışı mərkəzinin yanvar fyüçersləri 1481 USD/1000 kubmetr qiymətindən satılıb.

Qeyd edək ki, dünən regiondakı hərraclar bağlanarkən qaz 1 522 dollardan satılıb.