Amerika texnologiya korporasiyası “Apple” 98 ölkədən olan istifadəçilərinə kiberhücum riskinin yüksək olduğu barədə bildirişlər göndərib.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Apple” “Apple ID”nizlə əlaqəli “iPhone”u uzaqdan sındırmağa çalışan casus proqramlarından istifadə edərək hücuma məruz qaldığınızı aşkar etdi. Xahiş olunur, xəbərdarlığı ciddi qəbul edin", - şirkətin məlumatında ​​deyilir.

Xatırladaq ki, “Apple” 2021-ci ildən etibarən istifadəçilərinə xəbərdarlıq bildirişləri göndərir. Şirkət sonuncu dəfə aprel ayında 92 ölkədən olan istifadəçilərinə analoji xəbərdarlıq edib. Ümumilikdə, son üç il ərzində 150 ​​ölkədən “iPhone” və digər cihazların sahibləri oxşar xəbərdarlıq mesajları alıblar.

 

Sadiq Cavadov