Alimlər insan beyni tərəfindən idarə olunan robotu uğurla inkişaf etdirdiklərini açıqlayıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, layihə insan beyninin funksiyalarını təqlid edən çipdən istifadə edərək robotu idarə etməyi mümkün edib və bu, dünyada bir ilk olub.

Çində baş tutan bu innovativ layihə beyin-kompüter interfeysləri (BCI) və süni intellekt (AI) texnologiyalarının birləşməsi ilə hazırlanıb. Layihədə laboratoriyada yetişdirilən insan beyni hüceyrələri xüsusi hazırlanmış çipdə yetişdirilib.

Bildirilib ki, bu texnologiyadan istifadə edərək, iflic olan xəstələrin hərəkətliliyini bərpa etmək mümkün olacaq.

Yeni texnologiyanın qarşıdakı illərdə necə inkişaf etdiləcəyi maraqla gözlənilir.

 

Gözəl Həşimova