Bazar dəyərinə görə bu il dünya üzrə aparıcı texnologiya şirkətlərinin adları açıqlanıb.

İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.

Məlumata görə, "Microsoft" 3,15 trilyon bazar kapitallaşması ilə dünyada ən dəyərli texnologiya şirkətidir. "Nvidia"nın bazar dəyəri isə ilk dəfə olaraq 3 trilyon dolları ötərək bu siyahıda ikinci olub. "Nvidia" reytinqdə "Apple" şirkətini geridə qoymağı bacarıb.

"Apple" şirkəti bu reytinqdə 3-cü yerdə qərarlaşıb. Bu gün "iPhone" ən gəlirli "Apple" məhsulu hesab olunur. "Apple"ın istehlakçı elektronikası sənayesində ən böyük rəqibi isə Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" şirkətidir. Şirkət son illər ərzində 200 milyard ABŞ dollarından çox gəlir əldə edib.

Beləliklə dünya ən dəyərli texnologiya şirkətlərinin siyahısı belədir:

Şirkət

Bazar dəyəri

Microsoft

3,151 trilyon dollar

Nvidia                                                                                     

3,011 trilyon dollar

Apple

3,003 trilyon dollar

Alphabet

2,177 trilyon dollar

Amazon

1,886 trilyon dollar

Meta

1,255 trilyon dollar

TSMC

845 milyard dollar

Broadcom

654,8 milyard dollar

Tesla

558,1 milyard dollar

Tencent

460 milyard dollar

 

Gözəl Həşimova