Süni intellektə malik smartfonlar mobil qurğular bazarında sürətlə böyüyürlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının məlumatında deyilir.

Məlumata görə, 2028-ci ilə qədər bu smartfonların qlobal tədarükü 900 milyonu keçəcək. Bu göstərici 2023-cü ildə 51 milyon ədəd təşkil edib.

Şirkətin mütəxəssislərinin hesablamalarına görə, 2023-2028-ci illərdə süni intellektə malik smartfonların tədarükü üzrə illik artım tempi 78,4% təşkil edəcək.

Ekspertlər bildiriblər ki, süni intellektli smartfonlar insan təcrübəsini dəyişəcək.

 

Gözəl Həşimova