iyulun 9-da ticarət nəticələrinə əsasən, Amerika texnologiya korporasiyası “Apple” tarixdə ilk olaraq 3,5 trilyon dollar kapitallaşmaya çatıb.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilir ki, ticarət sessiyasının sonunda şirkətin bir səhminin dəyəri 229 dollara yüksəlib.

Məlumata görə, rekord qiymət artımının əsas səbəbi bir ay əvvəl şirkətin məhsullarına süni intellektin (AI) tətbiqi ilə bağlı verilən açıqlama olub.

 

Sadiq Cavadov