Reklam gəlirləri əksər özəl televiziya şəbəkələri üçün maliyyənin əhəmiyyətli hissəsini təmin edir. 2010-cu ildən etibarən dünyada reklamların sayı durmadan artıb.

Bəs dünyada televiziya reklamlarından nə qədər gəlir əldə edilib?

İqtisadiyyat.az bununla bağlı dünya statistikasına əsasən araşdırma aparıb.

Məlumata görə, ötən il dünyada televiziya reklamından əldə olunan gəlir 2022-ci ildəki 135,1 milyard dollardan 132,4 milyard dollara yüksəlib. Növbəti illərdə isə bu rəqəmin bir qədər dəyişəcəyi proqnozlaşdırılır.

İl

Reklam gəliri

2018

148,2 milyard dollar

2019

144,5 milyard dollar

2020

123,3 milyard dollar

2021

136,7 milyard dollar

2022

135,1 milyard dollar

2023

132,4 milyard dollar

2024*

131,8 milyard dollar

2025*

132,8 milyard dollar

2026*

131,7 milyard dollar

2027*

131,6 milyard dollar

2028*

130,4 milyard dollar

 

Araşdırmalara əsasən, dünya üzrə reklam xərcləri ötən il demək olar ki, 733 milyard ABŞ dollarına çatıb ki, bu da 2022-ci ilə nisbətən 3% azdır.

Hesabat dövründə ABŞ təqdim olunan kreativlik reytinqində 7,22 mindən çox xal toplayaraq dünyanın ən kreativ reklam bazarları siyahısına başçılıq edir. ABŞ 2022-ci ildə reklam xərclərinə görə də dünyanın ən böyük bazarı olub.

 

Gözəl Həşimova