AFB Bank Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
 

  • Ali təhsil (İT Sahəsi üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı

İŞİN TƏSVİRİ:

  • Rəqəmsal məhsulların inkişafı üzrə texniki tapşırıqların hazırlanması;
  • İnkişafı həyata keçirən strukturlarla davamlı ünsiyyətin təmin olunması;
  • Layihələrin plan üzrə gedişatına nəzarət;
  • Məhsul testlərinin həyata keçirilməsi;
  • Əməkdaşlıq edilən şirkətlərlə kommunikasiya qurulması;
  • Rəqib və SWOT analizlərinin həyata keçirilməsi;
  • Analitik məlumatlarla iş və hesabatların hazırlanması;

Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.


Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Rəqəmsal Bankçılıq üzrə baş mütəxəssis qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.