"Əgər ABŞ Şimali Koreyanın sınaq məqsədli raketini vurmağa çalışsa, bunu müharibə elanı kimi qəbul edəcəyik".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Şimali Koreya liderinin bacısı Kim Yo Çjon deyib. O bildirib ki, Koreyanın qitələrarası raketi ABŞ tərəfindən Sakit okean üzərində vurulsa, bu, açıq-aşkar müharibəyə səbəb olacaq və KXDR hərbçiləri hərəkətə keçəcək.