Bu ilin birinci yarısında Rusiyada pivə istehsalı son 11 ilin ən yüksək səviyyəsinə çatıb.

İqtisadiyyat.az bu barədə "Rosstat"a istinadən xəbər verir.

Bu ilin yanvar-iyun aylarında Rusiyada 451,4 min dekalitr pivə istehsal edilib. Bu, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 7,3 faiz çoxdur.  Eyni zamanda, bu göstərici 2013-cü ildən bəri ən yüksək səviyyədir.

Bu ilin iyun ayında isə ölkədə pivə istehsalı 88,2 min dekalitr təşkil edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 6,9 faiz çoxdur.

 

Gözəl Həşimova