Noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” (Sankt-Peterburq, Rusiya) yoldaşlıq oyunundan əvvəl fan-zona təşkil olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, fan-zona çərçivəsində saat 19:00-dan etibarən stadionda yerləşən fan mağazada “Neftçi”nin yetirməsi, Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışovla avtoqraf sessiyası reallaşacaq.

Bundan əlavə, fan-zonaya basketbol yarışı, “face art”, masaüstü futbol, rodeo öküzü kimi əyləncəli tədbirlər də daxildir.

Qeyd edək ki, keçən ay karyerasını başa vuran Abışov “Zenit”lə görüşdə vida matçına çıxacaq