Dünyanın 24 ölkəsində Zelenski ilə bağlı sorğu keçirilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, sorğunu ABŞ-nin "Pew" Araşdırma mərkəzi həyata keçirib. 

Sorğunun nəticəsinə görə, respondentlərin 51%-i Zelenskiyə güvəndiyini bildirib. Rəyi soruşulanların 39%-i isə Ukrayna prezidentinə etibar etmədiyini ifadə edib.

Zelenskiyə inamın ən yüksək göstəriciləri İsveç, Böyük Britaniya və Niderlandda müşahidə olunub. Ukrayna prezidentinə ən az etibar göstəricisi Macarıstanda (11%), Argentinada (24%), Meksikada (25%) və İndoneziyada (32%) qeydə alınıb.