Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin yeni əks-hücum hazırlamaq planlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib.

"Əlbəttə, biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq", - Zelenski deyib.

Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki əməliyyatlarında bəzi sürprizlər vəd edib, lakin təfərrüatlara varmaqdan imtina edib.