Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan 200 şəxsə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə təsdiqlənən müvafiq fərman dövlət başçısının saytında yerləşdirilib.

Siyahıya siyasətçilər, dövlət müəssisələrinin rəhbərləri və əməkdaşları, politoloqlar və başqaları daxildir.

Sanksiya məhdudiyyətlərinin tam paketi 50 il müddətinə tətbiq edilir.