Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlar aparıb.

Bu barədə Zelenski Fransa telekanallarına müsahibəsində bildirib.

O, danışıqların müsbət istiqamətdə getdiyini deyib. Zelenski, həmçinin bildirib ki, Ukraynaya mümkün hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi ilə şəxsən özü məşğul olur.

“Proses gedir, şəxsən mən bunu edirəm. Prinsipcə, bu, bizim üçün çox lazımdır. Mənim üçün vacibdir - bu, mənim prezident Baydenlə şəxsi münasibətimdir", - Zelenski qeyd edib.