Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyanın baş naziri Petteri Orpodan Helsinkinin istismardan çıxaracağı dördüncü nəsil F-18 qırıcılarını istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zelenski Kiyevdə səfərdə olan Orpo ilə birgə mətbuat konfransında deyib.

"Biz üzən və ya uçan hər şeylə məşq etməyə hazırıq. Əgər Finlandiyanın F-18-lərə ehtiyacı yoxdursa, onları verin, biz məmnuniyyətlə götürəcəyik", - o bildirib.

Zelenski qeyd edib ki, F-16-lar ölkənin hava qüvvələrinin ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük inventarına görə Ukraynanın prioriteti olaraq qalır. Bununla belə, Ukrayna istənilən tipli təyyarələri əldə etməyə hazırdır.