Ukrayna prezidenti Vladimir Zelenskinin bazar günü Dünya Kubokunun finalında dünyaya  sülh mesajı vermək istəyi FİFA tərəfindən rədd edilib. Bu barədə CNN-nə ali futbol qurumundakı mənbədən xəbər verilib. 

Mənbə bildirib ki, Zelenskinin ofisi oyun başlamazdan əvvəl Qətərdəki stadionda azarkeşlərə video müraciət etməyi təklif edib, lakin mənfi cavab alıb. Rəsmi Kiyev bu imtinadan təəccüblənib: "Biz FİFA-nın öz platformasından daha böyük faydalar üçün istifadə etmək istədiyini düşünürdük" deyə mənbə əlavə edib. Bununla belə, tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Əgər razılıq əldə olunarsa, videoçıxışın canlı, yoxsa videoyazı şəklində olacağı məlum deyil.