Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərindən ölkəsinə müasir və uzaq mənzilli silahlar tədarük etməsini istəyib.

İqtisadiyyat.az  xəbər verir ki, Zelenski bunu Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçılarına video-konfrans vasitəsilə müraciətində deyib.

“Həm hava hücumundan, həm də raket əleyhinə müdafiə üçün daha müasir silahlara və daha çox tədarükə ehtiyacımız var. Aİ-nin 27 ölkəsinin hər birindən hava hücumundan müdafiə sistemlərinin təchizatını artırmağı xahiş edirəm. Bu, müasir tanklara və daha uzaq mənzilli artilleriya və raket sistemlərinə aiddir. Ukraynanı müasir tanklarla təchiz edəcək ölkə dövrümüzdə azadlığın ən mühüm müdafiəçilərindən biri kimi xatırlanacaq”, - deyə o qeyd edib.

Zelenski, həmçinin qarşıdakı yarım ilin Ukrayna-Rusiya müharibəsində bir çox cəhətdən həlledici olacağını söyləyib.